Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



İrina Zaretska “Minsk 2019”da karate yarışlarının yarımfinalına yüksəlib


İyunun 29-da “Minsk 2019” ikinci Avropa Oyunlarında Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) kumite yarışlarının yarımfinalına yüksəlib.

BrendSport.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi üç görüşün ikisini qələbə, birini isə heç-heçə başa vuran idmançımız qrup birincisi kimi yarımfinala yüksəlib. Qrupda ilk görüşdə İtaliya təmsilçisi Silvia Semeraronu xalsız heç-heçə edən idmançımız ikinci qarşılaşmada fransalı Alize Aqieni (7:2), daha sonra isə slovakiyalı Miroslava Kopunovanı (6:0) məğlubiyyətə uğradıb. Nəticədə 13 xal toplayan karateçimiz yarımfinalda iştirak hüququ qazanıb.

“Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan İrina Zaretska cari ildə Karate 1 Premyer Liqa turnirində ikinci yeri tutub. O, ötən il dünya çempionatında birinci yeri tutub.


Facebook-da paylaş