Faydalı saytlar


Reklam



Azərbaycancan karateçiləri Avropa çempionatında mübarizəyə qoşulublar



Karate üzrə böyüklərdən ibarət milli komandamız martın 28-də İspaniyanın Qvadalaxara şəhərində start götürən 54-cü Avropa çempionatında mübarizəyə qoşulub.

BrendSport.az xəbər verir ki, yarışların birinci günündə kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib.

Kişilərin fərdi yarışlarında Rafael Ağayev (75 kq) uğurla çıxış edərək qitə çempionatının finalına vəsiqə qazanıb. Komandamızın digər üzvləri Asiman Qurbanlı (+84 kq), Nuranə Əliyeva (50 kq) və katada Roman Heydərov bürünc medal uğrunda döyüşəcəklər.

Qeyd edək ki, Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edir. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməklə yanaşı, Olimpiya və Avropa oyunlarına vəsiqə əldə etmək uğrunda reytinq xalları da qazanacaqlar.

Yarışların idarə olunmasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də iştirak edirlər.


Facebook-da paylaş