Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Las-Veqasda keçirilən dünya birinciliyində Ömər Cavadov bürünc medal qazanıb



ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.

Ağır Atletika Federasindan BrendSport.az -a bildiriblər ki, 50 ölkənin 200-dən çox atletinin mübarizə apardığı yarışda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər. Bu gün onlardan ilk olaraq körpücük üzərinə Ömər Cavadov çıxıb. O, 55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək 96 kiloqram nəticə göstərib. O, bu hərəkətdə dünya birinciliyinin bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə medal 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kiloqram çəki dərəcəsində Azər Məmmədli tərəfindən əldə edilmişdi.

Ömər təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək 115 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub.

Toplam 211 kiloqram (96+115) nəticə göstərən Cavadov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Yarışdan sonra Ömər Cavadov federasiyanın rəsmi saytına açıqlama verib. Gənc atletimiz deyib: “Uzun müddət idi Azərbaycan yeniyetmələr arasında dünya birinciliyində medal qazana bilmirdi. Şükürlər olsun ki, mən bu uğura nail ola bildim. Çətin oldu, amma yaxşı ki, bu bürüncə sahib çıxdım. Məşqçi və müəllimlərimin əməyi böyükdür. Qarşıdakı yarışlarda da Azərbaycanın bayrağını yüksəltməyə çalışacağam”.

Yeniyetmə ağır atletlər arasında keçirilən dünya birinciliyi martın 16-dək davam edəcək.


Facebook-da paylaş