Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Siyasət Əsgərov: Qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır

Siyasət Əsgərov: Qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır

Təlim-məşq toplanışımız başa çatdı. Sevindirici haldır ki, bu hazırlıqdan maksimum istifadə edə bildik. İkinci oyunda əsasən az şans qazanan futbolçuları meydana buraxdım.
BrendSport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov fevralın 23-də Birləşmiş Ərəb Əmirliklərinin yığması ilə yoldaşlıq oyunundan sonra deyib.
Baş məşqçi bildirib: “Komandanın oyunundan razı qaldım, hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm. Monteneqro ilə oyunu da nəzərə alsaq, ardıcıl üç oyundur meydanı qalib tərk edirik. Əlbəttə, bu cür qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır”.
Qeyd edək ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Sevinc Cəfərzadə və Manə Mollayevə fərqləniblər.
Xatırladaq ki, komandalar arasında fevralın 20-də keçirilmiş ilk oyun 4:0 hesabı ilə millimizin xeyrinə nəticələnmişdi.


Facebook-da paylaş

Xəbəri paylaş