Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək




Kərim Benzemanın yeni rekordu

Kərim Benzemanın yeni rekordu


“Real Madrid”in fransalı hücumçusu Kərim Benzema komandasının İspaniya çempionatının 21-ci turunda “Valensiya”nı 4:1 hesabı ilə məğlub etdiyi oyunda yeni rekord müəyyənləşdirib.
BrendSport.az xəbər verir ki, oyunun 43-cü (penalti) və 88-ci dəqiqələrində rəqib qapısına yol tapan 34 yaşlı hücumçu “Real Madrid”in heyətində 300-dən çox qol vuran dördüncü futbolçu kimi klubun tarixinə düşüb. Onun oyunda vurduğu ikinci top “kral klubu”ndakı 301-ci qolu olub. K.Benzema bu göstəriciyə görə Kriştiano Ronaldo (450), Raul Qonzales (323) və Alfredo Di Stefanodan (308) geri qalır.
Bu oyun Madrid təmsilçisinin italiyalı baş məşqçisi Karlo Ançelotti üçün də əlamətdar olub. Mütəxəssis “Real Madrid”in sükanı arxasında keçirdiyi son 26 qarşılaşmada məğlubiyyət üzü görməyib. Paytaxt klubu K.Ançelottinin rəhbərliyi altında meydana çıxdığı 26 matçın 21-də qələbə qazanıb, 5-də heç-heçə edib.
Hazırda “Real Madrid” 49 xalla çempionata liderliyi davam etdirir. “Valensiya” isə 28 xalla doqquzuncu sırada qərarlaşıb.


Facebook-da paylaş