Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şahmatçılarımız dünya çempionatında blits yarışının sonuncu turlarında mübarizə aparacaqlar

Şahmatçılarımız dünya çempionatında blits yarışının sonuncu turlarında mübarizə aparacaqlar

Varşavada blits və rapid üzrə dünya çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, bu gün - dekabrın 30-da şahmatçılar blits turnirinin sonuncu turlarında mübarizə aparacaqlar.
Qeyd edək ki, dünən keçirilmiş blits yarışının ilk 12 turunda kişi şahmatçılarımızdan Məhəmməd Muradlı 8 xalla 17-ci, Şəhriyar Məmmədyarov 7,5 xalla 24-cü, Rauf Məmmədov eyni xalla 31-ci yerlərdə qərarlaşıblar. Vasif Durarbəyli, Vüqar Əsədli hərəyə 7 xal, Aydın Süleymanlı 6, Xəzər Babazadə isə 5 xal əldə ediblər. Qadın təmsilçilərimiz - Xanım Balacayeva, Türkan və Zeynəb Məmmədyarovalar və Gülnar Məmmədova 9 turdan 5 xal toplayaraq 31-47-ci yerləri bölüşüblər.
Çempionat çərçivəsində artıq rapid yarışları başa çatıb. Şahmatçılarımızdan kişilərin yarışında 13 turdan 9 xal toplayan Şəhriyar Məmmədyarov 8-ci yeri tutub. Xəzər Babazadə, Rauf Məmmədov 6,5, Aydın Süleymanlı, Vasif Durarbəyli 6 xal toplayıblar.
Qadınların yarışında isə təmsilçilərimizdən ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib. On bir turdan 7,5 xal əldə edən şahmatçımız bu nəticə ilə 12-ci yeri tutub. Digər təmsilçilərimiz Xanım Balacayeva 6,5 xalla 26-cı, Gövhər Beydullayeva 6 xalla 37-ci, Türkan və Zeynəb Məmmədyarovalar 5,5 xalla 44-59-cu yerləri bölüşüblər.
Rapid üzrə kişilər arasında Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov (9,5 xal), qadınların yarışında isə rusiyalı Aleksandra Kostenyuk (9 xal) dünya çempionatının qalibi adını qazanıblar.
Bu gün başa çatacaq dünya çempionatının mükafat fondu 1 milyon ABŞ dolları təşkil edir.


Facebook-da paylaş

Xəbəri paylaş