Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tovuzda keçirilib

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tovuzda keçirilib


AFFA-nın və Tovuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
BrendSport.az AFFA-ya istinadla xəbər verir ki, Tovuzun Bozalqanlı kəndində keçirilən tədbirdə ümumilikdə 50 məktəbli uşağa futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib.
Bu layihə Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ildə Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, deputatlar Arzu Nağıyev, Sabir Hacıyev və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd olunan layihə üzrə 2021-ci il ərzində respublikamızın müxtəlif bölgələrində yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə tədbirlər keçirilib. Bu layihə üzrə tədbirlərin respublikamızın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub.


Facebook-da paylaş

Xəbəri paylaş