Faydalı saytlar


Reklam



Futzal üzrə Azərbaycan millisi Qırğızıstan yığmasına məğlub olub

Futzal üzrə Azərbaycan millisi Qırğızıstan yığmasına məğlub olub

Rusiyanın Kazan şəhərində təşkil olunan birinci MDB Oyunlarında iştirak edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. BrendSport.az xəbər verir ki, Qırğızıstandan olan həmyaşıdları ilə üz-üzə gələn futzalçılarımız məğlub olublar – 3:8.
Komandamızın heyətində Xəzər Ağalızadə, Fuad Məmmədzadə və Şahmar Cəfərli fərqləniblər.
U-19-un sabah 5-ci yer uğrunda keçirəcəyi oyundakı rəqibi Moldova millisi olacaq.


Facebook-da paylaş