Faydalı saytlar


Reklam



Fernando Santuş: Düşünülmüş hücumlar qurub, qollar vurmağı bacardıq

Fernando Santuş: Düşünülmüş hücumlar qurub, qollar vurmağı bacardıq

Oyun bizim üçün uğurlu alındı, kifayət qədər qol imkanı yaratdıq. Sadəcə son anda dəqiqlik çatmadı. Əks halda, hər şey daha fərqli ola bilərdi.
BrendSport.az xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gələn Portuqaliya millisinin baş məşqçisi Fernando Santuş mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, matçın müəyyən hissəsində bəzi şeylər bizim üçün yaxşı getmədi. Bununla belə, düşünülmüş hücumlar qurub, qollar vurmağı bacardıq. İlk oyundan fərqli olaraq, bu qarşılaşmada Azərbaycan millisi 4-3-3 taktiki düzülüşü ilə oynadı. Bu da erkən qollar vurmağımıza səbəb oldu. İki oyun arasında əsas fərq bundan ibarətdir.
Hesabında 13 xal olan Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Serbiya 10 xalla ikinci, Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.
Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.


Facebook-da paylaş