Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Tokio-2020”: Azərbaycan parataekvandoçusu Aynur Məmmədova koronavirusa yoluxub

“Tokio-2020”: Azərbaycan parataekvandoçusu Aynur Məmmədova koronavirusa yoluxub

Azərbaycan milli Paralimpiya komandasının daha bir üzvünün “Tokio-2020”də koronavirus testi müsbət çıxıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən BrendSport.az-a bildiriblər ki, parataekvondoçumuz Aynur Məmmədovanın (+58 kq) verdiyi COVID-19 testi iki dəfə pozitiv nəticələnib. Lakin bunun onun komanda yoldaşlarına heç bir təsiri olmayacaq.
Daha əvvəl “Rio-2016”nın qızıl mükafatçısı, paracüdoçu Ramil Qasımov da koronavirusa yoluxub.
Hazırda Azərbaycan komandasının hesabında 14 medal var. Onlardan 10-nu qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.
Yüz metr məsafəyə sərbəst və arxası üstə üzgüçülük yarışlarında Raman Saleh bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Azərbaycan komandası “Tokio-2020”yə idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı ilə yola düşüb. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş