Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əfsanəvi Mixael Şumaxerin oğlu: Bakıda ilk dəfə çıxış edəcəyəm



“Ferrari” Yürüş Akademiyasının pilotu və əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxer Bəhreyndəki testlərlə bağlı işindən aldığı təəssüratları bölüşüb.

BrendSport.az xəbər verir ki, Mik, həmçinin indi diqqətini bütünlüklə Formula 2 seriyasının yenidən başlanmasında cəmləşdirdiyini bəyan edib.

“Testlərin iki gününü müqayisə etmək çətindir. Biz yaxşı iş nümayiş etdirdik və bundan məmnun qala bilərik. Məqsədimizə nail olmağımız bizə əminlik verir.

Bundan sonra nə olacağını bilmirəm. Mən Bakıda Formula 2 sükanı arxasına qayıtmağımı gözləyirəm. Bu, mənim ilk dəfə çıxış edəcəyim xüsusi bir trasdır. Mən buna çox yaxşı hazırlaşmalıyam, simulyatorda bir qədər işləməliyəm. Çalışacağam ki, testlər zamanı aldığım təcrübədən istifadə edim”, - deyə “DT News” Mik Şumaxerdən sitat gətirir.

Xatırladaq ki, Mik Şumaxer Bəhreyndə iki gün ərzində testlərdə işləyib. O, testlərin birinci günü “Ferrari”nin, ikinci günü isə “Alfa Romeo”nun sükanı arxasında olub.


Facebook-da paylaş

Xəbəri paylaş