Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Bakıda keçirdiyi qəza Rikkardonun “Red Bull Racing”i tərk etməsinin səbəblərindən biridir



Avstraliyalı pilot Daniel Rikkardo “Renault” yürüşçüsü kimi ilk mövsümünə başlayır və növbəti dəfə “Red Bull Racing”də qalmaq imkanı olmasına rəğmən komandasını dəyişməyin səbəblərini açıqlayır.

BrendSport.az FNews.ru saytına istinadla xəbər verir ki, pilot əvvəllər bu barədə mücərrəd danışsa da, son zamanlar daha konkret faktlara söykənərək bəhs edir.

Kontrakt müddətinin uzadılması üzrə razılaşma əldə olunduğu bir vaxtda avstraliyalının öz bildiyi kimi hərəkət etməsinin səbəblərindən birinin onun ötən il Bakı trasında uğradığı talesiz qəza olduğu bildirilir. Həmin qəza nəticəsində “Red Bull Racing”in hər iki maşını trasdan çıxmışdı. O vaxtlar hadisə ilə bağlı fərqli fikirlər səslənirdi: kimisi baş verən qəzanın təqsirinin Maks Ferstappendə olduğunu iddia edir, kimisi isə hollandiyalının tərəfini saxlayırdı. Nəticədə belə bir ümumi rəy yaranıb ki, hadisə hər iki pilotun təqsiri üzündən baş verib.

“Renault” komandasına keçməsinin səbəblərindən danışan Daniel deyib: “Mən hətta həmin vaxt tək bir pazlda neçə müxtəlif elementlərin olduğunu da saya bilmərəm. Lakin Bakıda keçirdiyim qəza onlardan biri idi və mənim qərarımda öz rolunu oynayıb. Ola bilər ki, mən inadkaram, lakin hesab edirəm ki, hər iki pilot baş verən qəzada təqsirkardır. Mənə elə gəlir ki, həmin məqamda səhv etməmişdim, amma Maksın maşını ilə toqquşdum. Lakin bu hadisənin şərhi məni heç də qane etmirdi. Yeri gəlmişkən, bu qəza mənə təsir edən məqamlardan biridir, ancaq həlledici deyil”.


Facebook-da paylaş