Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Gənc taekvondoçuların yoldaşlıq görüşü



Şamaxı Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə yoldaşlıq görüşü keçirilib. Yarışda Abşeron, "Qafqaz-Arena", Şamaxı Olimpiya İdman Kompleksi və Şamaxı rayonu Sabir qəsəbəsinin komandalarından 50-yə yaxın taekvondoçu qüvvələrini sınayıb.

Turnirdə 2006-2007-2008-2009-2010 və 2012-ci il təvəllüdlü idmançılar iştirak edib.

Yekunda Abşeron komandası I yeri, "Qafqaz-Arena" komandası II yeri, Şamaxı Olimpiya İdman Kompleksinin və Sabir qəsəbə komandaları III yerə sahib olub.

Abşeron taekvondo klubunun məşqçisi Rauf Rəhimovun dediklərindən:

- Şamaxı Olimpiya İdman Kompleksi qabaqcıl idman qurğularından biridir. Burada təşkil olunan yarışlar bunun bariz nümunəsidir. Taekvondoya isə burada xüsusi diqqət var. Yarışımız çox maraqlı keçdi. Nəticədən və təşkilatçılıqdan razı qaldıq.


Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi











Facebook-da paylaş

Xəbəri paylaş