Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Bu gün “Qızıl top” mükafatının sahibi məlum olacaq



Dekabrın 3-də FIFA və “France Football” jurnalı 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatının sahibinin adını açıqlayacaq.

BrendDsport.az xəbər verir ki, namizədlər arasında Serxio Aqüero (“Mançester Siti”), Qaret Beyl (“Real Madrid”), Kərim Benzema (“Real Madrid”), Alisson Bekker (“Liverpul”), Edinson Kavani (“Paris Sen-Jermen”), Tibo Kurtua (“Real Madrid”), Kevin De Bruyne (“Mançester Siti”), Roberto Firmino (“Liverpul”), Dieqo Qodin (“Atletiko”), Antuan Qrizman (“Atletiko Madrid”), İsko Alarkon (“Real Madrid”), Eden Hazard (“Çelsi”), Harri Keyn (“Tottenhem”) və Nqolo Kante (“Çelsi”), Uqo Lyoris (“Tottenhem”), Mario Mandzukiç (“Yuventus”), Sadio Mane (“Liverpul”), Marselo (“Real Madrid”), Kilian Mbappe (“Paris Sen-Jermen”), Luka Modriç (“Real Madrid”), Neymar (“Paris Sen-Jermen”), Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Real Madrid”, “Yuventus) yer alıblar.

Mərasimdə FIFA, həmçinin ilk dəfə olaraq ən yaxşı gənc futbolçuya da mükafatlar təqdim edəcək. Ən gənc oyunçuların siyahısına Trent Arnold (“Liverpul”, 20 yaş), Ussyem Aua (“Lion”, 20), Patrik Kutrone (“Milan”, 20), Ritsu Doan (“Qroningen”, 20), Canluici Donnarumma (“Milan”, 19), Amadu Aydara (“Zaltsburq”, 20), Castin Klüvert (“Ayaks”, ”Roma”, 19), Kilian Mbappe (“Paris Sen-Jermen”, 19), Kristian Pulişiç (“Borussiya”, 20) və Rodriqo Silva De Qoesin (“Santos”, 17) adları daxil edilib.

Parisdə keçiriləcək mükafatlandırma mərasimi Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq.


Facebook-da paylaş