Faydalı saytlar


Reklam



Elnur Məmmədlinin bacısı oğlu Avropa çempionatında medalın bir addımlığında



Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycan ilk medalını qazana bilər.

BrendSport.az "Oxu.az"a isitnadən xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Kəramət Hüseynov 1/4 finalda Fransisko Qariqos (İspaniya) uduzsa da, bürünc medal üçün təsəlliverici yarışa qatılıb.

O, Ancelo Pantanoya (İtaliya) ipponla qalib gələrək bürünc medal görüşünə vəsiqə qazanıb. Onun bu medal üçün rəqibi Yanislav Qerçev (Bolqarıstan) olacaq.

66 kq çəki dərəcəsində yarışan iki cüdoçumuz – Avropa çempionu Orxan Səfərov Vadim Buneskuya (Moldova) və Nicat Şıxəlizadə Juau Krizostomuya (Portuqaliya) 1/8 finalda uduzaraq medalsız qalıb.

Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionu Elnur Məmmədlinin bacısı oğludur.


Facebook-da paylaş