Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Kung-Fu döyüş növü üzrə açıq seminar keçirilib



Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyinin, Azərbaycan Kung-Fu Federasiyasının dəstəyi, "Cənub" İdman Klubunun təşkilatçılığı ilə Cəlilabad Olimpiya İdman Kompleksində Kung-Fu döyüş növü üzrə açıq seminar keçirilib.

Rayon Gənclər və İdman İdarəsinin,rayon ictimaiyyətinin iştirak etdiyi seminarda "Cənub" İdman Klubunun direktoru Elvin Mustafayev cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan bəhs edərək, gənc nəslin sağlam ruhda yetişməsi üçün Azərbaycanın bütün bölgələrində hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

Federasiyanın bu gün başlatdığı proqramın məhz Cəlilabad rayonundan start götürməsinin təsadüfü olmadığını deyən klub rəhbəri bundan sonra da yeniyetmə və gənclərin Vətənimizə sağlam əsgər kimi yetişməsində çalışacağını qeyd edib.Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov öz çıxışında bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin gəncləri cəmiyyətin aparıcı qüvvəsinə çevirmək, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə təsdiqlədiyi Dövlət proqramları uğurla həyata keçirilir.

Dövlət quruculuğunda gənclərin artan rolu, onların mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılmış şərait bu diqqət və qayğının nəticəsidir. Bölgələrdə olimpiya komplekslərinin açılması, Azərbaycanın nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış etməsi buna əyani sübutdur.

Digər çıxış edənlər də öz növbələrində Azərbaycan Kung-Fu Federasiyasının rəhbəri Nurlan Aslanova belə bir möhtəşəm proqramı reallaşdırdığına görə təşəkkür ediblər. Qeyd edək ki, Cəlilabad rayonunda keçirilən açıq məşqlərə 100 dən çox gənc və yeniyetmə qatılaraq öz texniki bacarıqlarını nümayiş etdiriblər. Sonda fərqlənən idmançılar Federasiyanın Fəxri diplomları ilə təltif ediliblər.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi






Facebook-da paylaş