Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



FIFA "The Best" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb

 FIFA "The Best" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb

Bu gün FIFA "The Best" mükafatına namizəd futbolçuların siyahısını açıqlayıb.
BrendSport.az bir qurumun rəsmi saytına istinadla xəbər verir ki, bu ada Fransa PSJ-sindən Kilian Mbappe, Lionel Messi və Neymar, İspaniya "Real Madrid"indən Kərim Benzema, İngiltərənin "Mançester Siti" klubundan Kevin De Brüyne, "Mançester Yunayted"dən Kriştianu Ronaldu, "Çelsi"dən Jorjinyo və N Qolo Kante, "Liverpul"dan Məhəmməd Salah, həmçinin Almaniyanın "Borussiya" (Dortmund) komandasından Erlinq Holann və Almaniya "Bavariya"sından Robert Levandovski iddia edir.

Ən yaxşı qadın futbolçu adına namizədlər:

1. Stina Blakstenius (İsveç / "Hekken");

2. Aytana Bonmati (İspaniya / "Barselona");

3. Lüsi Bronz (İngiltərə / "Mançester Siti");

4. Maqdalena Eriksson (İsveç / "Çelsi");

5. Karolina Hansen (Norveç / "Barselona");

6. Pernille Harder (Danimarka / "Çelsi");

7. Cennifer Ermoso (İspaniya / "Barselona");

8. Çi Soyun (Cənubi Koreya / "Çelsi");

9. Samanta Kerr (Avstraliya / "Çelsi");

10. Vivianne Midema (Niderland / "Arsenal");

11. Aleksiya Putelyas (İspaniya / "Barselona");

12. Kristina Sinkleyr (Kanada / "Portlend Torns");

13. Ellen Uayt (İngiltərə / "Mançester Siti").



Ən yaxşı kişi qapıçı adına namizədlər

1. Alisson Beker - (Braziliya / "Liverpul");

2. Canluici Donnarumma (İtaliya / "Milan" / "Paris Sen-Jermen");

3. Eduar Mendi - (Seneqal / "Çelsi");

4. Manuel Noyer - (Almaniya / "Bavariya");

5. Kasper Şmeyxel - (Danimarka / "Lester Siti").

Ən yaxşı qadın qapıçı adına namizədlər

1. Ann-Katrin Berger - (Almaniya / "Çelsi");

2. Kristiana Endler - (Çili / PSJ / "Lion");

3. Stefani Labbe (Kanada / "Rusenqord" / "Paris Sen-Jermen");

4. Hedviq Lindal (İsveç / "Atletiko" Madrid);

5. Alissa Niher (ABŞ / "Çikaqo Red Starz").

Ən yaxşı kişi baş məşqçi adına namizədlər

1. Antonio Konte (İtaliya / "İnter" / "Tottenhem");

2. Hans-Diter Flik (Almaniya / "Bavariya" / Almaniya millisi);

3. Xosep Qvardiola (İspaniya / "Mançester Siti");

4. Roberto Mançini (İtaliya / İtaliya millisi);

5. Lionel Skaloni (Argentina / Argentina millisi);

6. Dieqo Simeone (Argentina / "Atletiko" Madrid);

7. Tomas Tuxel (Almaniya / "Çelsi").

Ən yaxşı qadın baş məşqçi adına namizədlər

1. Lüis Kortes (İspaniya / "Barselona");

2. Peter Gerhardsson (İsveç / İsveç millisi);

3. Emma Heyz (İngiltərə / "Çelsi");

4. Beverli Pristman (İngiltərə / Kanada millisi);

5. Sarina Viqman (Niderland / Niderland millisi / İngiltərə millisi).

"The Best" - ilin ən yaxşı fərdi nailiyyətləri üçün nəzərdə tutulan FIFA mükafatıdır. Bu il 22 noyabr - 10 dekabrda aparılacaq səsvermənin yekununda Ən yaxşı oyunçu, Ən yaxşı baş məşqçi, Ən yaxşı qapıçı, Fair Play, Ən yaxşı qol üçün Puşkaş mükafatı, azarkeşlər üçün mükafatın sahibləri və İlin rəmzi komandası müəyyənləşəcək. Fərdi mükafatlar həm kişi, həm də qadın futbolunun təmsilçilərinə veriləcək.
Mükafatlandırma mərasimi 2022-ci il yanvarın 17-də baş tutacaq.

Qeyd edək ki, ötən il FIFA-nın versiyasına əsasən dünyanın ən yaxşı futbolçusu adına polşalı hücumçu Robert Levandovski yiyələnmişdi. 33 yaşlı forvard "Qızıl buts" mükafatına da layiq görülmüşdü.


Facebook-da paylaş

Xəbəri paylaş