Faydalı saytlar


Reklam



Varan "Çelsi" ilə oyunu buraxa bilər



"Real"ın futbolçusu Rafael Varan zədələnib.

BrendSport.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçinin əzələsində problem aşkarlanıb. O, Çempionlar Liqasının yarımfinal mərhələsinin "Çelsi" ilə cavab oyununu buraxa bilər.

Qeyd edək ki, "Çelsi" - "Real" oyunu mayın 5-də keçiriləcək. Komandalar arasında İspaniyadakı matç 1:1 hesabı ilə yekunlaşıb.


Facebook-da paylaş