Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Formula 1 təqvimi 22 mərhələyədək genişləndiriləcək



2020-ci ilin Formula 1 təqvimi mövsüm ərzində 22 mərhələyədək genişləndiriləcək.

BrendSport.az Motorsport Week saytına istinadla xəbər verir ki, Kataloniya hökumətinin Formula 1 mərhələsinə maliyyə vəsaiti ayırması qərarından sonra çempionatın rəhbərliyi təqvimdən yalnız bir mərhələni – Almaniya Qran-Prisini çıxarmağı planlaşdırır. Təqvimdən çıxmağa daha iki namizəd - Meksika və İtaliya mərhələləri də əvvəllər Böyük Britaniya Qran-Prisinin etdiyi kimi, kontraktı uzatmağı nəzərdə tuturlar.

Təqvimə Niderland və Vyetnam mərhələlərinin əlavə olunacağını və cəmi bir ölkənin çempionatı tərk edəcəyini nəzərə alaraq, böyük ehtimalla mövsümün təqvimi 22 yürüşədək genişləndiriləcək. Qeyd edək ki, 2020-ci il üçün yalnız bir mərhələnin – Avstraliya Qran-Prisinin tarixi məlumdur. Gələn il martın 15-də məhz bu mərhələ ilə mövsümün açılışı olacaq.


Facebook-da paylaş