Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İlin ən yaxşısı adına son 3 namizəd



FIFA ilin ən yaxşı futbolçusu adına son 3 namizədi açıqlayıb.

Siyahıda bu yay "Real"dan "Yuventus"a keçən Portuqaliya millsinin üzvü Kriştiano Ronaldo, Xorvatiya yığmasının "Real"da çıxış edən yarımmüdafiəçisi Luka Modriç və "Liverpul"un misirli ulduzu Məhəmməd Salah yer alıb.

Ən yaxşı qapışı adına namizədlərin siyahısına "Real"ın belçikalı qapıçısı Tibo Kurtua, "Tottenhem"də çıxış edən Fransa millisinin üzvü Uqo Lyoris və "Lester"in şərəfini qoruyan Danimarka millisinin qapıçısı Kasper Şmeyxel qərarlaşıb.

Ən yaxşı baş məşqçi adına adına da 3 nəfər iddia edir. Belə ki, Fransa millisinin dünya çempionu edən Didye Deşam, Xorvatiyanı mundialın finalına çıxaran Zlatko Daliç və "Real"ı Çempionlar Liqasının qalibi etdikdən sonra istefa verən Zinəddin Zidan siyahıda yer alıb.

Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.


Facebook-da paylaş

Xəbəri paylaş