Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kral klubunun 270 milyonluq transfer gündəmi



Bu mövsüm La Liqada uğursuz çıxış edən "Real" transfer çalışmalarına indidən başlayıb. "Kral Klubu"nun yay transfer pəncərəsi ilə bağlı planı üzə çıxıb.

İddialara görə, heyətinə bir hücumçu və bir yarımmüdafiəçi qatmaq istəyən "Real" "Bavariya"dan Robert Levandovski və "Mançester Yunayted"dən Paul Poqbanı hədəfə alıb.

Baş məşqçi Zinədin Zidanın istəyi ilə hərəkətə keçən madridlilər iki futbolçu ilə bağlı danışıqlara start verib. "Real"ın Levandovski üçün "Bavariya"ya 140, Poqba üçün "Mançester Yunayted"ə 130 milyon avro təklif edəcəyi bildirilir.

"Kral Klubu" bu futbolçuları transfer edə bilməsə, Harri Keyn üçün "Tottenhem", Kevin De Brunye üçün isə "Mançester Siti" ilə danışıqlara başlayacaq.


Facebook-da paylaş

Xəbəri paylaş