Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



"OBA” Marketlər Şəbəkəsi də dəstək kompaniyasına qoşuldu




Bu gün bütün dünyanı ağuşuna alan koronavirus pandemiyası (COVID-19) ölkəmizdə də müəyyən problemlərə səbəb olub.

Pandemiya səbəbindən təyin olunan karantin dövründə adi vətəndaşlarımızın da bir-biri ilə xoş münasibət saxlamaları, xəstə, imkansız, aztəminatlı ailələrə dəstək olmaları vacib və məqsədəuyğundur.

Bu cür xeyirxah işlərdə ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl şirkətlər də yaxından iştirak edir.

Vətəndaşların layiqli həyat şəraitinin, onların təhlükəsizliyinin təmin edilməsi və hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Azərbaycanda ilk günlərdən koronavirusla mübarizə məqsədilə atılan qabaqlayıcı addım sosial izolyasiya tədbirləri oldu.

Bu gün respublikamızda bütün qabaqlayıcı tədbirlər həyata keçirilir. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamları ilə dünyanı bürüyən koronavirus pandemiyasının qarşısının alınması, ölkə vətəndaşlarının sağlamlığının qorunması önə çəkilir. Bu gün ikinci bir ölkə tapmaq çətindir ki, orada insanlara karantin şəraitində göstərilən tibbi xidmət Azərbaycandakından üstün olsun.

Pandemiya vəziyyətindən əziyyət vətəndaşlarımızın problemləri daim Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Belə ki, atılan hər bir addım, verilən hər bir göstəriş vətəndaşların bu çətin vəziyyətdən minimum əziyyət ilə çıxmasına hesablanıb.

Koronavirus pandemiyası səbəbindən təyin olunan karandin dövründə adi vətəndaşlarımızın da bir-biri ilə xoş münasibət saxlamaları, xəstə, imkansız, aztəminatlı ailələrə dəstək olmaları olmaları sevindirici haldır.

Bu xeyirxah işlərdə ölkəmizdə fəaliyyət göstərən şirkətlər də yaxından iştirak edir.
Bu yaxınlarda belə şirkətlərdən biri olan “OBA” Marketlər Şəbəkəsinin köməkliyi və BrendSport.az saytının dəstəyi ilə Bakı şəhərində bu cür xeyirxah bir aksiya təşkil olunub.

Şirkət tərəfindən bir qrup imkansız və aztəmnatlı ailələrə ərzaq və gündəlik tələbat məhsullarının paylanması həyata keçirilib. Şirkət rəhbərliyinin bildirdiyinə görə, bu cür aksiyalar bundan sonra da davam edəcək və aztəminatlı ailələrə dəstək olmaq üçün əllərindən gələni bundan sonra da əsirgəməyəcəklər.














BrendSport.az


Facebook-da paylaş