Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qolovin gəlsə, Villian satılacaq

Qolovin gəlsə, Villian satılacaq

“Çelsi” yarımmüdafiəçisi Villianla bağlı qərarını verib. “Mundo Deportivio” nəşrinin yaydığı xəbərə görə, London klubu Rusiya millisi və MOİK-in üzvü Aleksandr Qolovini heyətinə qatsa, braziliyalı futbolçunu transferə çıxaracaq. 22 yaşlı oyunçunu “Monako” da almaq istəyir.

Villian isə 2 klubun maraq dairəsindədir. Həm “Barselona”, həm də “Mançester Yunayted” 29 yaşlı yarımmüdafiəçini heyətində görmək istəyir. Hətta Kataloniya klubu braziliyalı üçün “Çelsi”yə 72 milyon dollarlıq təklif də göndərib.

Qeyd edək ki, ötən mövsüm “Çelsi”nin heyətində İngiltərə Premyer Liqasında 36 oyuna çıxan Villian 6 qol vurub və 7 məhsuldar ötürmə edib.


Facebook-da paylaş

Xəbəri paylaş