Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




BOK Olimpiya oyunlarının altı qazaxıstanlı mükafatçısından medalları qaytarmağı tələb edib



Dopinqdən istifadə etdikləri sübuta yetirilmiş və 2008 və 2012-ci il Olimpiya Oyunlarının mükafatçıları olmuş altı qazaxıstanlı idmançıdan medalları qaytarmaları tələb edilib. Bu barədə xəbəri Qazaxıstan Milli Olimpiya Komitəsinin mətbuat xidməti yayıb.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İntizam Komissiyası və İdman Arbitraj Məhkəməsi Qazaxıstanın yeddi ağır atletini və iki güləşçisinin nəticələrini ləğv edib. Onlar diskvalifikasiya edilib və medalları qaytarmayan altı idmançıdan mükafatları geri vermək tələb olunub.

Mətbuat xidmətinin məlumatında qeyd edilib ki, ağır atletlərdən bir neçəsi medalları qaytarıblar. Lakin onların çoxu müxtəlif bəhanələrlə bundan imtina ediblər. Hətta bir idmançı – güləşçi Aset Mambetov BOK-un İntizam Komissiyasının diskvalifikasiya qərarı ilə razılaşmadığını və medalı qaytarmayacağını bəyan edib.

Qazaxıstan MOK-un məlumatında bildirilib ki, bu təşkilat BOK-un İntizam Komissiyasının və İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmək üçün iş aparır, həmçinin qaydalara və qoyulmuş normalara dəqiq əməl edilməsinin tərəfdarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Facebook-da paylaş