Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın əməkdaşı beynəlxalq forumda iştirak edir



Kiyevdə FIFA və UEFA-nın dəstəyi, Ukrayna Futbol Federasiyasının Etika və Fair Play Komitəsinin təşkilatçılığı ilə “Danışılmış oyunlara qarşı” mövzusunda forum keçirilir.

BrendSpor.az AFFA-ya istinadla xəbər verir ki, iki gün davam edəcək forumun keçirilməsində məqsəd qonşu ölkələrin nümayəndələri ilə “Fair Play” məsələləri və aidiyyəti təhqiqatların aparılması mövzusunda təcrübə mübadiləsi aparmaqdır.

FIFA, UEFA, Ukrayna, Slovakiya, Latviya, Polşa, Çexiya, Gürcüstan və Litva futbol federasiyalarının nümayəndələrinin iştirak etdiyi forumda AFFA-nı UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli təmsil edir.

Forum zamanı FIFA və UEFA-nın, eləcə də federasiyaların əməkdaşları arasında ikitərəfli görüşlər keçirilir.


Facebook-da paylaş

Xəbəri paylaş