Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqanda sonuncu yerin sahibi ÇL-in qalibindən çox qazanıb - SİYAHI



İngiltərə Premyer Liqasında 2017/18 mövsümünə görə klublara ödənilən mükafatın məbləği açıqlanıb.

Ən çox qazancı "Mançester Yunayted” əldə edib. Mövsümü ikinci pillədə başa vuran "qırmızı şeytanlar" 149.8 milyon funt-sterlinq qazanıb.

Çempion "Mançester Siti”nin qazancı bundan 0.4 milyon funt-sterlinq az olub - 149.4 milyon funt-sterlinq. Buna səbə "şəhərlilər"in oyunlarının əzəli rəqiblərindən daha az yayımlanması olub.

İlk "üçlüy”ü qapayan "Liverpul" 145.9 milyon funt-sterlinq əldə edib.

Maraqlıdı ki, mövsümün yekunlarına əsasən, Premyer Liqanı tərk edəcək 3 kluba da böyük həcmdə vəsait ödənilib. Çempionatı son sırada tamamlayan "Vest Bromviç”ə 94.7 milyon verilib. 2016/17 mövsümündə Çempionlar Liqasının qalibi olan "Real" 80,9 milyon avro qazanıb. Ötən mövsüm ən çox gəliri isə finalda "Kral Klubu"na 1:4 hesabına uduzmuş İtaliya "Yuventus"u əldə edib - 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan "Vest Bromviç"in qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdi.

1. "Mançester Yunayted” - 149,8 milyon funt-sterlinq
2. "Mançester Siti” - 149,4 milyon funt-sterlinq
3. "Liverpul - 145,9 milyon funt-sterlinq
4. "Tottenhem” - 144,4 milyon funt-sterlinq
5. "Arsenal” - 142 milyon funt-sterlinq
6. "Çelsi” - 141,7 milyon funt-sterlinq
7. "Everton” - 128 milyon funt-sterlinq
8. "Nyukasl” - 123 milyon funt-sterlinq
9. "Börnli” - 119,8 milyon funt-sterlinq
10. "Lester” - 118 milyon funt-sterlinq
11. "Vest Hem” - 116,1 milyon funt-sterlinq
12. "Kristal Pelas” - 114,3 milyon funt-sterlinq
13. "Bornmut” -111,2 milyon funt-sterlinq
14. "Brayton” - 107,7 milyon funt-sterlinq
15. "Sautgempton” - 107,2 milyon funt-sterlinq
16. "Uotford”- 106,3 milyon funt-sterlinq
17. "Haddersfild” - 102,4 milyon funt-sterlinq
18. "Stok Siti” - 98,9 milyon funt-sterlinq
19. "Suonsi” - 98,5 milyon funt-sterlinq
20. "Vest Bromviç” - 94,7 milyon funt-sterlinq


Facebook-da paylaş

Xəbəri paylaş