"Karvan" klubu yeni transferini açıqlayıb. BrendSport.az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi Qavi Tompsonla 1 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu son olaraq ölkəsinin “Sportinq Lagos” klubunda forma geyinib. Qavi Nigeriyanın U-17 və U-20 millilərinin şərəfini qoruyub. Qeyd edək ki, ... Ətraflı »
"Karvan" yeni transferini açıqlayıb

"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer edib

"Qarabağ" Mərakeş millisinin futbolçusunu transfer edib. BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisi mərkəz müdafiəçisi Sami Mmai ilə anlaşıb. O, "köhlən atlar"ın heyətində 3 nömrəli formanı geyinəcək. 28 yaşlı oyunçu son olaraq Xorvatiyada "Dinamo"nun (Zaqreb) formasını geyinib. ... Ətraflı »
Azərbaycan millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin Avropa Kubokundakı rəqibləri bəlli olub. BrendSport.az xəbər verir ki, komanda B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq. Millinin qrupda ilk oyunu sentyabrın 5-də Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu ... Ətraflı »
“Kür” klubunun kişi və qadınlardan ibarət komandaları bir neçə həndbolçu ilə vidalaşıb

“Kür” həndbol klubunun kişi və qadınlardan ibarət komandaları bir neçə oyunçu ilə yolları ayırıb. BrendSport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2024/2025 mövsümü başa çatdıqdan sonra Bojidar Lekoviç, Borislav Urta, Anar Tağıyev, Oqnyen Lekoviç, Mile Mıyuşkoviç, ... Ətraflı »
EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib

Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib. BrendSport.az xəbər verir ki, yarışda məşqçi Elçin Qasımovun rəhbərliyi altında şose velosipedçiləri Sevinc Sultanzadə, Ceyla ... Ətraflı »
Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək cüdoçularla görüş keçirilib

XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib. BrendSport.az xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər. ... Ətraflı »
Universiada: Azərbaycanın qızlardan ibarət stolüstü tennis yığması ilk oyununu keçirib

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında stolüstü tennis yarışlarına start verilib. BrendSport.az xəbər verir ki, qızlardan ibarət Azərbaycan millisi 4-cü qrupdakı ilk oyununda Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa ... Ətraflı »
Mbappenin polis əməkdaşlarına ödədiyi məbləğlə bağlı araşdırma aparılır

Fransa hüquq-mühafizə orqanları 2023-cü ildə “Real Madrid”in hücumçusu Kilian Mbappenin təhlükəsizlik xidmətində çalışan beş əməkdaşa ödədiyi məbləğlə bağlı araşdırma aparır. BrendSport.az xəbər verir ki, futbolçunun bank hesabından həmin şəxslərə ümumilikdə 180 min 300 avro vəsait köçürülüb. ... Ətraflı »
“Real Madrid” Vinisiusla danışıqları dayandırıb, futbolçu satışa çıxarılır

İspaniyanın “Real Madrid” klubu futbolçusu Vinisius Juniorla müqavilənin uzadılması barədə danışıqları dayandırıb. BrendSport.az xəbər verir ki, buna səbəb futbolçunun maaşında endirimi qəbul etməməsi və əksinə, məvacibinin artırılmasını tələb etməsidir. O, “kral klubu”ndan ilinə 30 milyon avro ... Ətraflı »
Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub

Basketbolun 3x3 növü üzrə Dünya Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları məlum olub. BrendSport.az xəbər verir ki, Sumqayıt mərhələsində dünyanın müxtəlif ölkələrindən olan komandalar çempionluq uğrunda mübarizə aparacaqlar. Yarışda ümumilikdə 16 kollektiv iştirak edəcək. Onlardan 12-si ... Ətraflı »