Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Premyer Liqası: “Neftçi” klubu “Sumqayıt”a məğlub olub

Azərbaycan Premyer Liqası: “Neftçi” klubu “Sumqayıt”a məğlub olub


Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci tura start verilib.
BrendSport.az saytı xəbər verir ki, günün ilk matçında “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib.
“Bakcell Arena”da keçirilmiş oyun “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Görüşdə hesab 14-cü dəqiqədə açılıb. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Beləliklə, ilk turda “Keşlə”yə məğlub olan “Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda “Səbail”i məğlub edən “Neftçi” də eyni xala malikdir.
Qeyd edək ki, günün digər matçında son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək “Səbail”-“Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah”-“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş