Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

İbrahim Şehiç: Qarabağ Azərbaycandır


Türkiyənin “Konyaspor” futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
BrendSport.az xəbər verir ki, bosniyalı qapıçı şəxsi “Instagram” hesabında bununla bağlı paylaşım edib: “Dualarım sizinlədir, əziz dostlarım. Qarabağ Azərbaycandır”.
Otuz bir yaşlı futbolçu 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.


Azərbaycan Stolüstü Tennis Federasiyası məşqçilər üçün növbəti seminar keçirib



Noyabrın 26-30-da Azərbaycan Stolüstü Tennis Federasiyası məşqçilər üçün növbəti seminar keçirib.

Federasiyadan BrendSport.az -a bildiriblər ki, beş gün davam edən seminar milli yığma komandanın məşqçiləri tərəfindən aparılıb. Seminar bədən tərbiyəsi təhsili olan mütəxəssisləri və həvəskarları stolüstü tennis üzrə məşqçiliyə hazırlamaq məqsədi daşıyıb.

Seminarın sonunda müdavimlərə - Salyan şəhərindən Elnur Yəhyayeva, Qobustan rayonundan Rəşad Dəmirova, Zaqatala rayonundan Qurban Orucova və Oğuz rayonundan Rəşid Qəribova federasiya tərəfindən həvəskarlarla məşğul olmaq üçün “Səviyyə-1” sertifikatları və stolüstü tennis inventarları təqdim olunub.

Növbəti ildən hər rübdə bir dəfə məşqçi və həvəskarlar üçün həmin seminarın keçirilməsi nəzərdə tutulub.


Facebook-da paylaş