Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




"Arsenal"ın stadionunda "Azərbaycan" banneri



"Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Arsenal"ın "Blekpul”la kubok qarşılaşmasında "Azərbaycan” sözü yazılmış banner asılıb.

Bunu "Emireyts” stadionuna Azərbaycanda fəaliyyət göstərən rəsmi fanklubun üzvləri yerləşdirib.

"Arsenal”ın rəsmi fanklubunun rəhbəri və təsisçisi Elşən Abdullayev açıqlamasında bildirib ki, bunu fanklubun Londonda yaşayan üzvlərindən biri asıb.



"Biz rəsmi fanklub olaraq kluba müraciət etmişdik. Klub da müraciətimizi müsbət dəyərləndirdi. Bizə verilən məlumata görə, artıq bundan sonra "Emireyts” stadionunun "Clock End” (Saat çıxışı) adlanan sektorunda "Azərbaycan” sözü yazılmış banner daimi olaraq orada asılacaq. Gələn mövsümdən etibarən bu bannerin ölçüsünü artırmağa çalışacağıq”.

Qeyd edək ki, ölkəmizdə "Arsenal”ın fanklubu London təmsilçisi tərəfindən 2016-cı ildən tanınır. Səksənə yaxın üzvü olan fanklub Qafqazda "Arsenal”ın yeganə azarkeş qrupu sayılır.


Facebook-da paylaş