Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Şimali və Cənubi Koreya birlikdə olimpiada keçirmək istəyir



Şimali və Cənubi Koreya 2032-ci il Yay Olimpiya Oyunlarına birgə namizədliyini irəli sürəcək.

Bu barədə Şimali Koreya lideri Kim Çen In və Cənubi Koreya prezidenti Mun Çje arasında Pxenyanda keçirilmiş sayca üçüncü sammitin bəyannaməsində bildirilir.

Tərəflər 2032-ci il Yay Olimpiya Oyunlarını birgə keçirmək üçün ərizənin verilməsinə dair razılıq əldə edib.

Həmçinin Şimali və Cənubi Koreya 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına vahid komanda göndərməklə ilk belə təcrübəni həyata keçirmək istəyir.

Qeyd edək ki, 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının açılış mərasimində parada Cənubi Koreya və KXDR yığmaları vahid Koreya bayrağı altında qatılıblar.


Facebook-da paylaş

Xəbəri paylaş