Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Siyasət Əsgərov: Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır

Siyasət Əsgərov: Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır

İlk oyunu təhlil edib səhvlərimizi müəyyənləşdirdik. Etiraf edək ki, birinci oyunda çox səhvlərimiz oldu. Bunun nəticəsində meydanı məğlub tərk etdik. Daha sonra ikinci oyuna hazırlaşdıq.

BrendSport.az
xəbər verir ki, bu sözləri Bakıda qadın futbolçulardan ibarət Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirən Azərbaycan yığmasının baş məşqçisi Siyasət Əsgərov deyib.

Siyasət Əsgərov bildirib ki, məqsədimiz qələbə qazanmaq idi. Təəssüf ki, ilk hissədə aldığımız qırmızı vərəqə planlarımız pozdu. Altmış dəqiqədən çox azlıqda oynamağımıza baxmayaraq, sonadək mübarizə apardıq. Qələbə qazana bilməsək də, məğlub da olmadıq.

Xarakter nümayiş etdirən komandama təşəkkür edirəm.
“Keçirdiyimiz rəsmi oyunlardan sonra ilk təlim-məşq toplanışımız idi. Gündə iki dəfə olmaqla hazırlıq mərhələsi keçdik. Milliyə cəlb olunan bütün futbolçular çox həvəsli idilər. Növbəti toplanışlarda daha da inkişaf edəcəyimizi düşünürəm. Məqsədimiz sentyabrda keçirəcəyimiz rəsmi oyunlara hazırlaşmaqdır”, - deyə baş məşqçi əlavə edib.

“Dalğa Arena”da keçirilən oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Komandalar arasında daha əvvəl keçirilmiş ilk oyunda Türkiyə yığması 1:0 hesablı qələbə qazanmışdı.


Facebook-da paylaş

Xəbəri paylaş