Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Qarabağ” klubu “Şamaxı”ya, “Sabah” isə “Qəbələ”yə qalib gəlib

Premyer Liqa: “Qarabağ” klubu “Şamaxı”ya, “Sabah” isə “Qəbələ”yə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turuna iki oyunla yekun vurulub.

BrendSport.az
xəbər verir ki, əvvəlcə “Şamaxı” klubu “Qarabağ”ı qəbul edib. Şamaxı şəhər stadionunda keçirilən oyun “Qarabağ”ın minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Oyunda yeganə qolu Elvin Cəfərquliyev vurub.

Hesabındakı xallarının sayını 74-ə çatdıran “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Şamaxı” 20 xalla doqquzuncu pillədə qərarlaşıb.

Turun sonuncu matçında “Qəbələ” klubu “Sabah”ın qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Sabah” 3:2 hesablı əzmkar qələbə qazanıb.

“Sabah”ın heyətində Coy Lens Mikels və Aleksey Kaşuk fərqləniblər. “Qəbələ”nin qollarını Ülvi İsgəndərov və Feras Abu Akal vurublar. “Qəbələ”nin digər oyunçusu İlkin Qırtımov isə avtoqol müəllifi olub.

“Sabah” 65 xalla ikinci, “Qəbələ” isə 36 xalla beşinci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş