Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.
BrendSport.az xəbər verir ki, püşkatmanın nəticəsində Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Püşkatmaya əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq ilə qarşılaşacaq.
Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, icraçı vitse-prezident Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov və Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov iştirak ediblər.
Qeyd edək ki, UEFA Millətlər Liqasının ilk turunun oyunları sentyabrın 1-dən 3-dək keçiriləcək. Növbəti turlar isə 6-8 sentyabr, 8-10 oktyabr, 11-13 oktyabr, 12-14 və 15-17 noyabrda təşkil olunacaq.
Xatırladaq ki, turnirin ilk qalibi Portuqaliya yığmasıdır.


Facebook-da paylaş