Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Badmintonçularımız “Botswana International-2018” turnirinin qalibi olublar



Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Botsvananın paytaxtı Qaboronedə keçirilən “Botswana International-2018” turnirində 3 medal qazanıblar.

BrendSport.az xəbər verir ki, ilk dəfə beynəlxalq turnirin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. Kişilərin şəxsi yarışında mübarizəyə 1/16 finaldan start verən Edi və Ezmi yarımfinala gedən yolda bütün rəqiblərinə set vermədən - 2:0 hesabı ilə qalib gəliblər.

Həlledici görüşdə Ezmini 2:0 hesabı ilə məğlub edən Edi Reski Dviçayo kişilərin şəxsi yarışında turnirin qalibi adını qazanıb. Finalda həmkarına məğlub olan Ezmi Qovimuramadhoni isə gümüş medala layiq görülüb.

Edi-Ezmi tandemi kişilərin qoşa yarışında da turniri medalla başa vurublar. Bu kateqoriyada yarışa 1/8 finaldan start verən təmsilçilərimiz asanlıqla yarımfinala yüksəliblər. Bu mərhələdə zambiyalı Mark Banda-Nakanda Çezva üzərində 2:0 hesabı ilə qalib gələn təmsilçilərimiz həlledici görüşdə Donald Mabo – Mulenqa Kalombonu eyni hesabla məğlub ediblər.

Beləliklə, Azərbaycan badmintonçuları həm şəxsi, həm də qoşa yarışda turnirin qalibi adını qazanıblar.


Facebook-da paylaş

Xəbəri paylaş