Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Ağır atletlərimizdən Avropa birinciliyində ilk medal



Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan biri – Səbinə Əzimova yaşı 20-yə qədər olan qızların 53 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb. Yeniyetmələr arasında Avropa birinciliklərinin üçqat qalibi olan atletimiz gənclər arasında müvafiq yarışda medal qazanmağa çalışıb.

Səbinə birdən qaldırma hərəkətində 76 kq-ı ram edərək bu hərəkətdə 7-ci yeri tutdu.

Əzimova təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək fəxri kürsüyə yüksəlməyi bacardı. Gənc atletimiz 100 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxdı. Bu, onun üçün tarixi bir nəticə oldu.

Toplam 176 kq (76+100) nəticə ilə Səbinə Əzimova yekun sıralamada 4-cü yerə çıxdı.


Facebook-da paylaş