Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Millimiz Norveç səfərində



21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avropa çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək.

Rəşad Sadıqovun komandası 5-ci qrupda Norveçlə qarşılaşacaq.

Yığmamız qrupda çıxmaq şansını itirsə də, ötən ay Bakıda 1:3 hesabı ilə uduzduğu rəqibindən revanş almağa çalışacaq.

Qrupun digər oyunlarında İsrail Kosovonu, Almaniya isə İrlandiyanı qəbul edəcək.

Qeyd edək ki, komandamız qrupda keçirdiyi 9 oyunda qələbə qazana bilməyib. 7 oyunda məğlubiyyətlə üzləşən gənclərimiz 2 görüşdə heç-heçə edib.

Avropa çempionatı

Seçmə mərhələ

V qrup

16 oktyabr
20.15 Norveç - Azərbaycan


Facebook-da paylaş

Xəbəri paylaş