Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stadnik mübarizəyə qoşulur, Çunayev çempion ola biləcəkmi?



Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir. Üçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulacaq.

Avropa çempionatı
Qadınlar

50 kq

Yığmamızın lideri Mariya Stadnik yarışa 1/8 finaldan başlayacaq. O, ilk cəhdində Jaklin Şellinlə (Almaniya) güləşəcək.

55 kq
Solmaz Həşimzadənin Kaspiyskdə debütü 1/4 finala təsadüf edəcək. O, Bediha Günlə (Türkiyə) üz-üzə gələcək.

59 kq
Tatyana Omelçenko da Avropa çempionatına 1/4 finaldan qoşulacaq. Təmsilçimiz Mimi Hristova (Bolqarıstan) ilə qarşılaşacaq.

68 kq
İrina Netreba 1/4 final üçün türkiyəli Buse Tosunu sınağa çəkəcək.

76 kq
Səbirə Əliyeva 1/4 final mərhələsi çərçivəsində Zjanet Nemetlə (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

***
Bu gün, həmçinin 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mükafatçıları müəyyənləşdirəcəklər. “Klassiklər”in son yarış günündə təmsilçilərimizdən ikisi final, digər ikisi bürünc medal üçün xalçaya çıxacaqlar.

60 kq
Murad Məmmədov titul döyüşünə çıxacaq. O, çempionluq üçün rusiyalı Sergey Yemelinlə üz-üz gələcək.

67 kq
Elman Muxtarov bürünc medal şansını davam etdirir. Təmsilçimiz 3-cü yer uğrunda qarşılaşma üçün təsəlliverici görüşdə ermənistanlı Karen Aslanyanı mübarizədən kənarlaşdırmalıdı.

72 kq
Yığmamızın liderlərindən olan Rəsul Çunayev ilk Avropa çempionluğunu rəsmiləşdirməyə çalışacaq. 4 il öncə Vantaada analoji yarışın finalında uduzan həmyerlimiz bu məğlubiyyəti unutdurmaq arzusundadı. O, həlledici qarşılaşmada Adam Kurakla (Rusiya) mübarizə aparacaq.

82 kq
Yarımfinalda belaruslu Viktor Sasunovskiyə uduzan Rafiq Hüseynov bürünc medal üçün xalçaya çıxacaq. Onun rəqibi bu gün keçiriləcək təsəlliverici görüşdən sonra bilinəcək.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamızın aktivində hələlik 1 qızıl və 1 bürünc medal var. Eldəniz Əzizli (55 kq) Avropa çempionu olduğu halda, Elvin Mürsəliyev (77 kq) 3-cü yeri tutub. (Apasport)


Facebook-da paylaş

Xəbəri paylaş