Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Yüksək Liqası: “Neftçi” klubu MOİK-ə qalib gəlib

Azərbaycan Yüksək Liqası: “Neftçi” klubu MOİK-ə qalib gəlib

Yanvarın 26-da kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində baş tutan görüşdə “Neftçi” klubu MOİK-lə üz-üzə gəlib. Üçüncü tur çərçivəsində təşkil olunan qarşılaşmanın ilk setini 25:19 hesablı üstünlüklə bitirən “Neftçi” ikinci hissədə də eyni hesabla qalib gəlib. Pərviz Səmədovun yetirmələri üçüncü setdə isə 25:15 hesabı ilə qalib gələrək yekunda rəqibini 3:0 hesabı ilə məğlub edib.
Beləliklə, bu oyundan sonra ilk 3 xalını qazanan “Neftçi” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Aktivində 6 xalı olan “Murov” birinci, 3 xala sahib “Xarı bülbül” isə set fərqində “Neftçi”ni qabaqlayaraq ikinci yerdədir. Bu gün məğlub olan MOİK komandası isə sonuncudur.
Xatırladaq ki, üçüncü turun avqustun 27-də keçiriləcək son oyununda “Murov” və “Xarıbülbül” komandaları üz-üzə gələcəklər.
Bununla da birinci dövrədən yalnız bir matç keçirilməmiş qalacaq. İkinci turdan təxirə salınmış “Xarıbülbül” – “Neftçi” qarşılaşmasının baş tutacağı tarixlə bağlı əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş