Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Niyaməddin Paşayev: Taekvondo üzrə Azərbaycan milli komandası yanvarın əvvəlində təlim-məşq toplanışına başlayacaq

Niyaməddin Paşayev: Taekvondo üzrə Azərbaycan milli komandası yanvarın əvvəlində təlim-məşq toplanışına başlayacaq


Bu ilin dekabrında taekvondo üzrə Azərbaycan çempionatları keçirilib və milli komandanın heyəti müəyyənləşdirilib. Gələn il yanvarın 5-dən böyüklərdən ibarət milli komandamız təlim-məşq toplanışına başlayacaq.
BrendSport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.
O, qeyd edib ki, təlim-məşq toplanışında gənclərin iştirakı da nəzərdə tutulub. Azərbaycanda yüksək potensiala malik gənc taekvondoçuların olduğunu diqqətə çatdıran N.Paşayev deyib ki, gənclərlə bağlı iş planı hazırlansa da, təəssüf ki, bunu pandemiyaya görə həyata keçirmək mümkün olmayıb. Vitse-prezident gənc taekvondoçuların ölkə xaricində də təlim-məşq toplanışlarında iştirak etmələrini istədiklərini vurğulayıb.


Facebook-da paylaş

Xəbəri paylaş