Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Amul-Xəzər” rallisinin təşkilatçıları yürüşü Türkmənistanda keçirməkdən imtina ediblər

“Amul-Xəzər” rallisinin təşkilatçıları yürüşü Türkmənistanda keçirməkdən imtina ediblər
2019-cu il mayın 5-dən 11-dək Türkmənistanda “Amul-Xəzər 2019” ralli-reydləri üzrə dünya çempionatının növbəti mərhələsinin keçirilməsi planlaşdırılmışdı.

BrendSport.az xəbər verir ki, Vladimir Karaxanın “Gündoğar”da nəşr edilən məqaləsində təşkilatçılar tərəfindən tədbirin ləğv edildiyi, Türkmənistanda isə bunun yada salınmasına qadağa qoyulduğu bildirilir.
2018-ci ilin sentyabrında Türkmənistanda “Amul-Xəzər” ralli-reydi və rəsmi dildə “Turkmen Desert Race” təşkil olunub.
Beynəlxalq ralli-reydin keçirilməsi ideyası ilk dəfə 2017-ci ilin noyabrında Qurbanqulu Berdiməhəmmədov tərəfindən səsləndirilib.
Təşkilatçılar cari ilin martında ikinci “Turkmen Desert Race”in “FIA-nın (Beynəlxalq Avtomobil Federasiyası) tələbləri ilə bir araya gəlməməsi səbəbindən” onun ləğv olunduğunu elan ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş