Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropada Ronaldo-Messi rəqabəti davam edir



Kriştiano Ronaldo daha bir uğura imza atıb. Portuqaliyalı ulduz "Yuventus"un A Seriyasının IX turunda "Cenoa" ilə "sülh" bağladığı (1:1) matçın 18-ci dəqiqəsində komandasını hesabda önə keçirib.

Bu onun "Böyük beşlik" çempionatlarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) 400-cü qolu olub. Ronaldo İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in heyətində 84, İspaniya La Liqasında "Real"la 311 qol vurub. A Seriyasının ilk 9 turunda 5-ci qolunu vuran portuqaliyalı 400-ə çatıb.

Ronaldonun bu seriyada ən yaxın izləyicisi "Barselona"lı Lionel Messidi - 389 qol. Bu isə öz növbəsində Avropada Ronaldo-Messi rəqabətinin hələ də bitmədiyindən xəbər verir.


Facebook-da paylaş

Xəbəri paylaş