Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Vorskla"nın prezidenti "Qarabağ"dan danışdı



“Çox yaxşı qrupdur. Əvvəlcədən də istəyimiz Poltavada Avropa səviyyəli komandalara qarşı yaxşı oyun göstərmək idi”.

Bu sözləri Avropa Liqasının E qrupunda “Qarabağ”ın rəqibi olan “Vorskla” klubunun prezidenti Roman Çernyak Ukrayna mətbuatına açıqlamasında deyib. Püşkü dəyərləndirən R. Çernyak arzuladıqları qrupa düşdüklərini bildirib:

“Demək olar ki, tale üzümüzə güldü. İngilis, portuqal klubları ilə yanaşı, kifayət qədər yaxşı komanda olan “Qarabağ”la eyni qrupa düşdük. Ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Ümid edirik ki, avrokubok oyunlarında anşlaq olacaq. Ən çətin rəqibimiz “Arsenal”dır. Həmçinin “Qarabağ” da sıradan komanda deyil. “Sportinq” isə öz yerində, Avropanın güclü klublarından biridir”.

Qeyd edək ki, “Qarabağ”la “Vorskla” arasında ilk oyun oktyabrın 25-də Bakıda, noyabrın 9-da isə Poltavada keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş