Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi karyerasında beşinci dəfə “Qızıl buts”un sahibi olub



“Barselona” klubunun hücumçusu Lionel Messi 2017-2018-ci il mövsümünün ən yaxşı bombardiri kimi mükafatlandırılıb.

Argentinalı forvard öz karyerası ərzində beşinci dəfə “Qızıl buts” mükafatı alıb.

Mükafatı ona “Barselona” klubunda axırıncı oyununa çıxan Andres İnyesta sonuncu turda “Real Sosyedad”la keçirilən qarşılaşmada təqdim edib.

“Qızıl buts” mükafatına beşinci dəfə sahib olmaq üçün L.Messi ötən La Liqa oyunlarında 34 qol vurub. O, həmin mükafatı daha əvvəl 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (34 qol) il mövsümlərində qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş