Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Taekvondoçularımız dünya çempionatına Şamaxıda hazırlaşırlar

Taekvondoçularımız dünya çempionatına Şamaxıda hazırlaşırlar


Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatına son hazırlıq üçün Şamaxıya yollanıb. Baş məşqçi Reza Mehmandostun rəhbərlik etdiyi yığma Şamaxı Olimpiya İdman Kompleksində təlim-məşq toplantısı keçir.
BrendSport.az xəbər verir ki, hazırlığa ölkəmizi mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək dünya çempionatında təmsil edəcək taekvondoçular qatılıb.
Toplanışın gedişatı ilə yerində tanış olmaq üçün Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və İdarə Heyətinin üzvü Vüqar Məmmədov da Şamaxıya yollanıblar.
Komanda ilə görüşən rəhbərlik onlara doğma divarlar arasında keçiriləcək çempionatda böyük ümidlər bəsləndiyini bildirib.


Facebook-da paylaş

Xəbəri paylaş