Reklam

VİDEO Bütün Xəbərlər

Pencak-Silat Federasiyası ölkəmizi ABŞ da təmsil edəcək


VİDEO Bütün Xəbərlər

Canınızın dərmanı, həyatınızın və sağlamlığınızın tək ünvanı "Həyat Aptek"...
24 saat sizinlə!



41 yaşlı İbrahimoviç “Milan”la müqaviləni uzatmaq niyyətindədir



"Milan" futbol komandasının 41 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç İtaliya klubu ilə müqaviləsini uzatmaq istəyir.


BrendSport.az xəbər verir ki, mənbənin məlumatına görə, təcrübəli hücumçu “Milan”la müqaviləni daha bir mövsüm uzatmaq niyyətindədir. Onun müqaviləsi 2023-cü ilin ortalarına qədərdir. Qeyd olunur ki, Milan klubu ilə razılaşmaq mümkün olmasa, İbrahimoviç özünə yeni komanda axtaracaq.

İbrahimoviç İsveçin ən məşhur futbolçusudur. Hazırda hücumçu "Milan"da çıxış edir. İtaliya A Seriyasının cari mövsümündə İbrahimoviç dörd matçda iştirak edib və bir qol vurub. İsveçli həm də “Barselona”, “Yuventus”, “İnter”, PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında oynaması ilə də tanınır.


Facebook-da paylaş

Xəbəri paylaş