Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İsmayıllıda göldə batan gənc oğlanın meyiti tapılıb

İsmayıllıda göldə batan gənc oğlanın meyiti tapılıb

İsmayıllı rayonunun Topçu kəndində bədbəxt hadisə baş verib.
BrendSport.az xəbər verir ki, mayın 4-də günün ikinci yarısında rayonun Topçu kənd sakini, 1993-cü il təvəllüdlü Həzi Hamlet oğlu Zərbəliyev dostları ilə kənd ərazisində təsərrüfat işləri üçün salınan süni göldə çimərkən ehtiyatsızlıq üzündən suda batıb. Həzi Zərbəliyevin cəsədi axşam saatlarında hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və ailəsinə təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Həzi Zərbəliyev bir ay öncə ailə həyatı qurmuşdu.

AZERTAC


Facebook-da paylaş

Xəbəri paylaş