Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Özildən azərbaycanlılarla anlamlı jest – FOTO



Bu axşam "Arsenal”ın heyətində "Qarabağ”a qarşı meydana çıxacaq Məsut Özil şəxsi İnstaqram səhifəsində azarkeşləri Azərbaycan dilində salamlayıb.

Bakı Olimpiya Stadionunda keçirilən məşqin sonunda çəkilmiş fotosunu paylaşan türk futbolçu Bakını və azərbaycanlıları doğma dilimizdə salamlayıb.

Onun yazdığı "Axşamınız xeyir, Bakı və Azərbaycan” sözləri azərbaycanlı azarkeşlərin böyük marağına səbəb olub. Mənfur qonşularımız ermənilər isə bundan qıcıqlanıb. Fotonun altına müxtəlif şərhlər yazan ermənilər Qarabağın onlara məxsus olduğunu iddia edib, "Qarabağ” klubuna da kinayə ilə yanaşıblar.

"Dığalar”ın bu hərəkəti cavabsız qalmayıb. Azərbaycanlı azarkeşlər onların cavablarını artıqlamasıyla veriblər.



Facebook-da paylaş

Xəbəri paylaş