Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Traktorsazi” rəqibini darmadağın etdi

“Traktorsazi” rəqibini darmadağın etdi

Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilir. Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “İstiqlal Xuzistan”la qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu görüşdə darmadağınla qalib gəlib – 6:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə sabah səfərdə “Fulad Xuzistan” ilə üz-üzə gələcək.

Hazırda 13 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş