Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

Hallalıq brendi - PAYIM KOLBASALARI

VİDEO Bütün Xəbərlər

Şamaxı Olimpiya İdman Kompleksinin direktor əvəzi Səbuhi Qarayevin müsahibəsi




Şamaxı taekvondoçularının Göyçay səfəri uğurlu olub



Göyçay rayonunda Göycay Olimpiya İdman Kompleksində taekvondo idman növü üzrə rayon açıq birinciliyi keçirilib.

BrendSport.az saytı xəbər verir ki, yarış dörd yarış qrupundan 20-yə yaxın çəki dərəcəsində təşkil olunmuşdur. Turnirdə 100-ə yaxın idmançı iştirak edib. Yarışda Göyçayın 4 komandası, Şamaxı Olimpiya İdman Kompleksi, Ağsu, "Granmaster", "Bozux", Xırdalan Təhsil və Gəncə kimi komandalar iştirak ediblər.

Şamaxı taekvondo komandasının məşqçi köməkçisi Xanım Osmanovanın dediklərindən:
- Şamaxı Olimpiya İdman Kompleksinin taekvondoçuları bu yarışda beş idmançı ilə təmsil olaraq, dörd medal qazandılar. Bunlardan Əli İsmayılov çempion, Azər Mustafayev II yer, İsmayıl Səmədov və Xəzər Xanaliyev isə III yerə layiq görülüblər. Şamaxı Olimpiya İdman Kompleksində biz taekvondoçular üçün bütün şərait yaradılıb. Kompleksin rəhbərliyinə idmançılar adından çox sağ olun deyirəm. Biz də öz növbəmizdə onların etimadını doğruldub yeni-yeni qələbələr əldə edəcəyik.

Əliqasım Məmmədov,
ADPU-nun II kurs tələbəsi






Facebook-da paylaş